“Beşiktaş”ın baş məşqçisi koronavirusdan sağaldı

  • By admin
  • 21 Sentyabr 2020 20:08

Türkiyənin “Beşiktaş” komandasının baş məşqçisi Sergen Yalçın koronavirusa qalib gəlib.

Gununsesi.info klubun rəsmi saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssisin son analizinin nəticəsi mənfi çıxıb.

Onun sabahdan öz vəzifəsinin başında olacağı bildirilib.

Qeyd edək ki, S.Yalçında sentyabrın 17-də koronavirus aşkarlanmışdı.

 

Gununsesi.info