“Beşiktaş”ın futbolçusu UEFA-ya şikayət edəcək

  • By admin
  • 02 İyun 2018 18:35

“Beşiktaş”ın futbolçusu Vaqner Lav klubundan UEFA-ya şikayət etməyə hazırlaşır.

Gununsesi.info qol.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu İstanbul klubunun ona borcu olduğu üçün bu addımı atacağını bildirib.

Vaqner Lav “Flamenqo” klubuna keçmək arzusunda olduğunu da deyib.

 Qeyd edək ki, 33 yaşlı forvard qış fasiləsində Alanyaspor-dan Beşiktaş-a keçib