Türkiyənin “Beşiktaş” klubunun prezidenti Fikrət Orman azərbaycanlı model Ülviyyə Alekslə sevgilidir.
Lent.az-ın verdiyi xəbərə görə, Ukrayna əsilli azərbaycanlı model Ülviyyə ilə Bodrumdan Yunanıstana tətilə gedən klub prezidentinin “İnstagram”da paylaşdığı şəkil onların münasibətini üzə çıxarıb. Korint kanalından keçən cütlük selfi etməyi də unutmayıb. Fikrətlə Ülviyyənin eyni vaxtda “İnstaqram” hesablarından kanalın görüntüsünü paylaşması diqqət çəkib.
4 ildir İstanbulda yaşayan Ülviyyənin “Beşiktaş” azarkeşidir. Bu səbəbdən Orman onu Bodrumdakı otelində qonaq edərək üzərində adı yazılan formasını bağışlayıb.
Gununsesi.info