
Türkiyənin “Beşiktaş” klubunun 4 üzvü koronavirusa yoluxub.
Gununsesi.info-nun məlumatına görə, infeksiya üçün testi müsbət nəticə verənlərdən üçü futbolçudur.
Digər yoluxma klubun əməkdaşlarından birində aşkarlanıb. İstanbul təmsilçisi xəstəliyə tutulanların adlarını açıqlamayıb. Koronavirusa yoluxanlar karantinə alınıb.
Gununsesi.info