
Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq Bakı şəhəri Yasamal rayonunun Füzuli meydanı ətrafında yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində mövcud dairə artıq ləğv edilib. Bu səbəbdən də avtonəqliyyat vasitələrinin hərəkəti dairədə tam olaraq dayandırılaraq layihə üzrə nəzərdə tutulan istiqamətlər üzrə yönəldilib.
Axar.az xəbər verir ki, bu barədə Azəravtoyol ASC-nin mətbuat katibi Anar Nəcəfli məlumat yayıb.
Belə ki, avtonəqliyyat vasitələrinin hərəkəti Şıxəli Qurbanov küçəsindən dairəyə çatmamış sağa, Füzuli küçəsinin davamı olaraq yeni salınmış yola, ordan da yeni yaradılmış geri dönmə hissə ilə Mirzəağa Əliyev küçəsinə yönəldilib. Azərbaycan prospektindən gələn avtonəqliyyat vasitələri də layihə üzrə nəzərdə tutulmuş yeni hərəkət sxemi ilə hərəkət edirlər.
Gununsesi.info