Yanvarın 7-də Kürdəmir rayonu, Atakişili kəndində beşmərtəbəli inzibati binanın 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahə 18 m2 olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Gununsesi.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub. Bitişik mənzillər yanğından mühafizə olunub. Yanğın saat 10:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info