Beşulduzlu hoteldə yanğın: 400 TURİS TƏXLİYƏ EDİLDİ, 14 NƏFƏR XƏSARƏT ALDI (FOTOLAR)

  • By admin
  • 29 İyul 2017 12:30

597c497d4ca64_5-yildizli-otel-yangin-tatili-zehir-olan-400-9881844_3282_m
Türkiyənin Antalya əyalətinin Kemer rayonunda beşulduzlu mehmanxanada baş verən yanğınla əlaqədar 400 nəfər yerli və xarici turist təxliyə edilib.
Gununsesi.info Haberler.com-a istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən və xilasedici cəlb olunub.
Məlumata görə, yanğın mehmanxananın mətbəx bölməsində meydana gəlib.
Yanğın zamanı 10-u Türkiyə, 4-ü Rusiya vətəndaşı olmaqla 14 nəfər xəsarət alıb. Onlar müxtəlif xəstəxanalara yerləşdiriliblər.
Hadisənin səbəbi araşdırılır.

Gununsesi.info