İngiltərənin Verilənləri (Data) Qoruma Qurumunun yetkililəri şirkətlərin gələcəkdə işçilərini izləmək və ya işə almaq üçün beyin izləmə texnologiyasını işlədə biləcəyini söyləyir. Qurumun bildirdiyinə görə, “neyrotexnologiyanın” doğru şəkildə inkişaf etdirilməməsi və işlədilməyəcəyi durumda, ayrı-seçkilik təhlükəsi var.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İngiltərənin rəqəmsal və mədəni sahələrlə media sektorundakı irəliləyişləri izləyən ictimai yoxlama qurumu (İCO) “Texnologiyanın Gələcəyi: “Neyrotexnologiya” başlıqlı hesabatını yayımlayıb.
İrada beyin və sinir sistemindən əldə edilən data bilgilər “neyro datalar”la bağlı detallı analizlər var.
Hesabat neyrotexnologiyanın gələcəkdəki bir sıra ehtimal edilən istifadə sahələrini təhlil edib.
Vurğulanır ki, insanların beynindəki bilgiləri cihazla əldəd edə bilən şirkət müdirləri onu bəlli tiplərə qarşı ayrı-seçkilik etmək üçün işlədə bilər.
Hətta adamın özünün fərqində olmadan bəzi özəllikləri üzə çıxa bilər.
Tərcümə: Arzu