Beyləqan rayonunda 15 nəfər pambıq yığımı zamanı zəhərlənib.
Gununsesi.info xəbər verir ki, zəhərlənən şəxslər dərhal Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
TƏBİB-dən bildirilib ki, onların vəziyyətləri qənatbəxşdir, gün ərzində ambulator müalicə üçün evə buraxılacaqlar.
Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirib ki, qeyd olunan faktla bağlı hazırda Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.
Gununsesi.info