Beyləqanda 35 yaşlı qadın ölüb

  • By ilhame
  • 09 Yanvar 2024 19:58

Beyləqanda doğuşdan sonra ana ölümü baş verib.

Gununsesi.info xəbər verir ki, rayonun Bünyadlı kənd sakini, 1989-cu il təvəllüdlü Məmmədova Məhsəti Yusif qızı Beyləqan rayon Mərkəzi xəstəxanasının Doğum şöbəsinə müraciət edib. Oğlan uşağı dünyaya gətirən ananın doğuşdan sonra vəziyyəti ağırlaşıb. 35 yaşlı qadın həyatını itirib.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info