
Beyləqan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 1600 m2 olan ikimərtəbəli tikilinin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 14 m2 sahədə və digər 2 otağın döşəməsi 16 m2 sahədə yanıb.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info