
Noyabrın 2-də saat 11 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Beyləqan şəhəri ərazisində üzərində dövlət qeydiyyat nişanları olmayan “Mercedes-Benz” markalı avtomobilə saxla işarəsi verilib, lakin sürücü polisin qanuni tələbinə tabe olmayaraq hadisə yerindən yayınıb.
Daxili İşlər Nazirliyindən (DİN) Gununsesi.info-ya verilən məlumata görə, görülmüş tədbirlərlə avtomobil saxlanılıb, sürücünün Beyləqan şəhər sakini İlham Fətiyev olması məlum olub.
Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan dövlət qeydiyyat nişanı və qanunsuz saxladığı “İJ-16” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.
İ.Fətiyev barəsində inzibati protokol tərtib edilib.
Məhkəmənin qərarı ilə onun barəsində 8 gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq olunub.
Gununsesi.info