Beyləqanda qətlə yetirilən bir ailənin dörd üzvü… - FOTOLAR

Xəbər verdiyimiz kimi, dekabrın 2-də Beyləqan rayonu Tatalılar kəndində bir ailənin 4 üzvü qətlə yetirilib.

Gununsesi.info xəbər verir ki, “Qafqazinfo” qətlə yetirilən 1966-cı il təvəllüdlü Nadir Quliyev, 1971-ci il təvəllüdlü Tərgül Quliyeva və oğulları 1996-cı il təvəllüdlü Amin Quluzadə və 2002-ci il təvəllüdlü Xəyal Quluzadənin fotolarını əldə edib.

HTML tutorial

Qeyd edək ki, hadisəni mərhumların qonşusu, 27 yaşlı Fuad Cəlilzadə törədib. O, ata ilə ananı yaşadıqları evin həyətində, qardaşları isə qəbristanlıqda qətlə yetirib. Ailənin 4 övladı olub. Onlardan ikisi Bakı şəhərində yaşayır. Hadisənin genişlənməməsi və təhlükəsizlik tədbirləri nəzərə alınaraq qətli törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadənin ailəsi yaşadığı kənddən təxliyə edilib.




Gununsesi.info