Beyləqanda uşaq bağçası yanıb

  • By admin
  • 11 Noyabr 2016 19:17

93c9e0e8d0f243d7753fba64766d44c7

 

Beyləqan şəhərində icra hakimiyyətinə məxsus  uşaq bağçasında yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun FHN-nin saytına istinadən məlumatına görə, ümumi sahəsi 1600 m2 olan ikimərtəbəli uşaq bağçasının 1-ci mərtəbəsində Fizulidən olan məcburi köçkünün məskunlaşdığı, sahəsi 30 m2 olan 2 otağın yanar konstruksiyaları və ev əşyaları 25 m2 sahədə yanıb.

Bağça binası yanğından mühafizə olunub. Yanğın saat 16:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

 

Gununsesi.info