Beyləqanda dəhşətli qətl: - Öldürülən qadının evində... - VİDEO

  • By admin
  • 06 Aprel 2018 18:20

Beyləqan rayonunda qətl hadisəsi baş verib.

Beyləqan sakini, 1979-cu il təvəllüdlü Ramilə Əsədovanın üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı mənzildə tapılıb.

Gununsesi.info xəbər verir ki, Bununla bağlı Beyləqan rayon polis şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Birgə istintaq və əməliyyat-axtarış tədbirləri ilə Ramilə Əsədovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Beyləqan şəhər sakini Rövşən Nəsirov tutulub.

Məlumata görə, Rövşən Nəsirov aprelin 3-də qadının evinə oğurluq məqsədilə girib. Bu zaman qadınla əlbəyaxa olan Rövşən Nəsirov ona bıçaqla xəsarət yetirib.

Qadını öldürəndən sonra evdən pul və qızıl götürərək, qaçıb.

Faktla bağlı Beyləqan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Gununsesi.info