“Beyl bizim üçün önəmli oyunçudur” – Zidan

  • By arzu
  • 10 Fevral 2020 17:10

“Real”ın baş məşqçisi Zinəddin Zidan futbolçusu Qaret Beyllə münasibətlərinin yaxşı olmadığı ilə bağlı yayılan iddialara münasibət bildirib.

Gununsesi.org qol.az-a istinadən xəbər verir ki, o, bu iddiaları təkzib edib.

“Beyl bizim üçün önəmli oyunçudur. Son matçlarda oynamasa da, o, “Osasuna” ilə görüşdə hücumda və müdafiədə yaxşı təsir bağışladı. Qaret çalışırdı. Hamı istəyir ki, onunla problemim olsun, amma yoxdur.

Bizdə komandada oyunçu çox olduğu üçün onlar arasında vaxtı bölmək çətindir. Amma Beyl səviyyəsini tədricən daha da yüksəldəcək. O, fiziki cəhətdən tam hazır deyil, ona görə də əvəzləndi. Ancaq biz Beylə güvənirik” – deyə Zidan bildirib.

 Qeyd edək ki, Beyl La Liqanın 23-cü turunda keçirilən “Osasuna” ilə görüşdə (4:1) 73 dəqiqə meydanda olub.