
Beyləqanda 69 yaşlı kişinin meyiti evində aşkarlanıb.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Mayak qəsəbəsində qeydə alınıb. Meyit həmin ünvanda yerləşən yaşayış evində tapılıb.
Araşdırma zamanı məlum olub ki, meyit 69 yaşlı Tolya Aleksandroviç Orlova məxsusdur. Onun üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.