
Beynəlxalq Əfv Təşkilatı (Amnesty İnternational) 2011-ci ilin sentyabrından 2015-ci ilin noyabrınadək baş verən edamların statistikası ilə bağlı yeni hesabat yayıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hesabat, 2015-ci ildə dünyada, o cümlədən Suriyada baş verən edamlarla əlaqədardır.
Belə ki, hesabatda Suriyanın gizli həbsxanalarında müxaliflərə dəstək verən 13 minə yaxın insanın edam edilyi idda olunur.
Beynəlxalq Əfv Təşkilatının iddialarına görə, edamların həyata keçirilməsi, məhz, Suriya hökumətinin müvafiq rəsmi orqanları tərəfindən də təsdiqlənib. Bu illər ərzində Suriya rejimi məhbuslar və saxlananlara qarşı işgəncələrin tətbiq olunduğu və onlarla pis rəftar edildiyi barədə xəbərləri inkar ediridi.
Hesabatda qeyd olunur ki, hər həftə və ya iki həftdən bir 20-50 nəfər insan Dəməşqin şimalında yerləşən həbsxanada tamamailə gizli şəkildə edam ediliblər.
Anar
Gununsesi.info