Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir keçirilib – FOTOLAR

  • By arzu
  • 04 Dekabr 2022 17:30

Binəqədidə Beynəlxalq Əlillər Günü ilə bağlı xeyriyyə tədbiri keçirilib.

 

HTML tutorial

Gununsesi.info xəbər verir ki, tədbir əlilliyi olan insanlara dəstək olmaq məqsədi ilə gerçəkləşdirilib.

Toplantı zamanı əlilliyi olanlara hədiyyələr verilib, onları sevindirəcək müxtəlif musiqili səhnəciklər qurulub. Tədbirdə əlilliyi olanlar rəqs edərək müxtəlif mahnılar oxuyaraq zalda əyləşənlərə sevinc dəqiqləri yaşadıblar.

Tədbirdə olan Gününsesi.info-nun müxbirinin verdiyi məlumata görə, tədbir Ağ Partiyanın təşkilatçılığı ilə keçirilib.

Beynəlxalq Əlillər Günü ilə bağlı keçirilən tədbirin təşkilatçıları arasında Vəfa Vidadiqızı və Malvina Əmirova olub. Milli mahnıların və marşların səsləndirildiyi toplantı zamanı tort kəsilərək orqan qüsuru olan əlillərə paylanılıb.

Xanımların təşəbbüsü ilə keçirilən tədbir zamanı Arzu Gülməmmədova gələnləri salamlayıb və tədbirdə iştirak edən və dəstək olan hər kəsə təşəkkürünü bildirib.

 

 

 

 

 

 

Arzu Sayadoğlu

Gununsesi.info