Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi

  • By admin
  • 23 Dekabr 2021 10:57

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib.

Gununsesi.info xəbər verir ki, Baş Prokurorluqdan sayta verilən məlumata görə, Azərbaycan vətəndaşı Nəcimətdinov Sədi Həsən oğlu etibardan sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq törədib.

HTML tutorial

S.Nəcimətdinov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilib. Cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib. O, Rusiya Federasiyası ərazisində müəyyən edilərək 2021-ci ilin martında barəsində həbs qətimkan tədbiri seçilib.

S.Nəcimətdinov dekabrın 22-də Rusiyadan Azərbaycana gətirilib.

Gununsesi.info