Azərbaycan Beynəlxalq Bankı ətrafında baş verən hadisə və davam edən proseslər dövlət üçün ciddi problemə çevrilib.
Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanında Beynəlxalq Bankda yaranmış vəziyyətin aradan qaldırılması, bankın maliyyə mövqeyinin bərpası və dayanıqlığının təmin edilməsi üçün zəruri olan tədbirlər, buna məsul olan qurumlar,onların vəzifələri və tapşırıqların reallaşdırılması üçün qoyulan müddətlər öz əksini tapıb. “Beynəlxalq Bankın dövlətə məxsus səhmlərin imkan verdiyi dərəcədə bankın restrukturlaşdırılması, maliyyə durumunun sağlamlaşdırılması və kapitallaşması, fəaliyyətinin səmərəliliyinin artırılması, idarə edilməsinin müasir korporativ idarəetmə standartları əsasında təşkili, bankın kredit, borclanma, kadr siyasətinin təkmilləşdirilməsi, habelə bu bank tərəfindən verilmiş və ödəmə vaxtı keçmiş kredit borclarının (faizlərin) qaytarılması üçün təsirli tədbirlər görülməsi tapşırılıb. Restrukturizasiya və sağlamlaşdırılma tədbirləri başa çatdıqda “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nizamnamə kapitalında dövlətə məxsus səhmlərin özəlləşdirilməsi üzrə tədbirlər planını altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırığı qoyulub. Həmin fərmanda nəzərdə tutulanların bir hissəsi həyat keçirilsə də, 2 il keçmsinə baxmayaraq fərman və bu bankla bağlı verilmiş qərarlar tam dolğunluğu ilə icra olunmayıb. Beynəlxalq Bankın son günlər ABŞ məhkəməsinə bankrot ərizəsi verməsi bu bank ətrafında gedən proseslərin beynəlxalq əls-sədasıni gücləndirib. Bir sıra xarici mətbuat orqanları bu məsələni işıqlandıranda xeyli şişirtmələrə yol versələr də, fakt-faktlığında qalır ki, Beynəlxalq Bankda baş verən və hələ indi də onu ətrafında gedən proseslərin görünməyən tərəfləri görünən tərəfindən qat-qat böyükdür”- deyə, millət vəkili vurğulayıb.
Ə.Məsimli əlavə edib ki, hələ indiyədək aidiyyatı orqanlardan heç biri bu barədə müfəssəl məlumat vermir ki, nə baş verir?… “Bu qədər iri məbləğdə pullar sərf olunmasına baxmayaraq, bankın problemləri niyə çözülmür? Bundan sonra hansı addımlar atılacaq? Və sair. Görünən odur ki, 2 il bundan əvvəl xüsusi prezident fərmanı ilə Beynəlxalq Bankin sağlamlaşdırılması və sonra isə özəlləşdirulməyə hazırlanması prosesi gedir. Bu məqsədlə indiyədək ayrılan və bundan sonra tələb olunan vəsait Azərbaycanın bir illik büdcəsinə yaxınlaşsa da problemin həlli görünmür. Ona görə də Beynəlxalq Bankın özəlləşdirlməsinin astarı dövlətə üzündən baha başa gəlir… Beynəlxalq Bankın müflisləşməsi bəzi xarici mətbuat orqanlarının ifadə etdikləri kimi, bütövlükdə Azərbaycanın çöküşü olmasa da, Azərbaycanın maliyyə -bank sisteminin çox ağır durumda olduğunu göstərir”- deyə, Ə.Məsmli vurğualyıb.
Millət vəkili bildirib ki, Beynəlxalq Bank ətrafındakı problemlərin həllinin uzanması bu bank üçün bütün məsuliyyəti öz üzərinə götürən dövlət üçün əlavə problemlər yaradacaq və əlavə xərclər tələb edəcək: “Bu da büdcəyə və ölkənin maliyyə durmuna,maliyyə-bank sisteminə mənfi təsir göstərəcək. Beynəlxalq Bank ətrafındakı olaylar manata,onun dayanıqlığının təmin olunması işinə mənfi təsir göstərib və göstərməkdə davam edəcək. Problemin həlli uzansa, beynəlxalq Bankın səhmdarları, müştəriləri banka qoyduqları vəsaitləri geri çəkməyə başlaya bilərlər. Bu isə təkcə Beynəlxalq Bankın özünə deyil, ölkənin maliyyə-bank sisteminə və bu əsasda həm də iqtisadiyyatımaıza güclü zərbə vura bilər. Beynəlxalq Bankın beynəlxaql reytinqi aşağı düşüb və düşməkdə davam edəcək. Beynəlxalq Bankın xaricdən əvvəliki kimi əlverişli şərtlərlə maliyyə resusları cəlb etmək imkanı daralıb və daha da daralacaq. Beynəlxalq Bank ətrafında gedən proseslərin beynəlxalq səviyyədə əks-sədası Azərbaycanın beynəlxalq maliyyə bazarlarına buraxdığı borc kağızlarını dəyərdən salıb və bundan sonra da həmin qiymətli kağızlara mənfi təsir edəcək. Xarici partnyorlar Azərbaycanın digər banklarındakı vəsaitlərini geri çəkə bilərlər. Ümumiyyətlə Azərbaycana verilən xarici kreditlərin şərtləri sərtləşdirilə bilər”.
Deputat hesab edir ki, Beynəlxalq Bankın düşdüyü vəziyyət bank sektorundakı problemlərin tərkib hissəsi olmaqla Azərbaycanın maliyyə-bank sisteminin düşdüyü ağır durumunun inikasıdr. “Beynəlxalq Bank Azərbyacanın ən böyük bankı olduğundan problemidə böyükdür.Bu problemlərin bu həddə çatmasında sübyektiv amillərin payı obyektiv amillərin payından çoxdur. Dövlət ilkin mərhələdə Beynəlxalq Bankın sağlamlaşdırılması üçün çoxmilyardlı vəsait ayırıb. Həmin dövlət vəsaiti olan milyardlar həm də xalqın vəsaiti olduğundan, aidiyyatı orqanlar Beynəlxalq Bank ətrafında gedən proseslərə və bundan sonra görülməsi nəzərdə tutulan işlərə tam aydınlıq gətirməli, proses şəffaf şəraitdə davam etdirilməlidir. Yaranmış vəziyyət və ondan çıxış yolları barədə səhmdarlara, müştərilərə, əmanətçilərə əsaslandırılmış məlumatlar verilməlidir. Bankın fəaliyyətini normallaşdırılması üçün həyata keçirilən tədbirlərin reallaşdırılması sürətləndirilməlidir və nəticələri barədə vaxtaşırı məlumatlar verilməlidir”- deyə, millət vəkili bildirib.
Mürtəza Bünyadlı
Gununsesi.info