
Tanınmış jurnalist Hafiz Babalı Azərbaycan Beynəlxalq Bankını müştərilərinə keyfiyyətsiz kart verməkdə günahlandırıb.
Gununsesi.info-nun xəbərinə görə, jurnalist sosial şəbəkə hesabında yararsız hala düşən kartın fotosunu qoyub yazır:
Azərbaycan Beynəlxalq Bankının pensiyaçılara verdiyi kartdır. Gördüyünüz kimi keyfiyyət kart haqda, daha doğrusu, ABB-nin pensiyaçıya verdiyi dəyər barədə hər şeyi deyir.
Kartı dəyişmək üçün bank 5 manat xidmət haqqı tələb edir. Faktiki pensiyaçının cibinə girir.
Nəzərinizə çatdırım ki, ABB bu kartlara xidmətə görə dövlət sosial müdafiə fondundan hər il milyonlarla manat xidmət haqqı alır.
Afət
Gununsesi.info