
Dünən Azərbaycan Beynəlxalq Bankının təşəbbüsü ilə “Peşəkar jurnalist olmağın sirləri” mövzusunda media nümayəndələri üçün master-klass təşkil olunmuşdur.
Gununsesi.info xəbər verir ki, tədbirdə 60-dan çox jurnalist, bloqqer, marketinq və PR mütəxəssisləri iştirak edib.
Master-klassı isə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru, MDBMİ-nin Beynəlxalq jurnalistika fakültəsinin dekan müavini Yuri Kobaladze aparıb.
Master- klass bu günlərdə milli mətbuatımızın 142-ci ildönümünü qeyd etmiş media nümayəndələrinin peşə bayramına Bankın özəl hədiyyəsi idi.
Vüsalə
Gununsesi.info