Rövşən Ağayev: “Banka verilən bu dəstəyin həcmi ölkənin bütün bank sektorunun məcmu kapitalından az qala 40% çoxdur”
«Beynəlxalq Bank ətrafında baş verənlərlə bağlı şəffaf hesabatlılıq olmadı. Məntiqlə bütün günahlar tutulanlarda və vurulanlarda isə hökumət problemin bütün detallarını ictimaiyyətə açıqlamalı idi». Gununsesi.info-ya görə bu barədə İqtisadi Təşəbbüslərə Yardım İb-nin ekperti Rövşən Ağayev bildirib.
İqtisadçının sözlərinə görə, bank dəqiq açıqlanmalı idi ki, problemli aktivlərin həcmi nə qədərdir, bankın əmanətçilər və kreditorlar qarşısında öhdəliklərini yerinə yetirmək üçün nə qədər maliyyə dəstəyinə ehtiyac var: “Ötən il elan olundu ki, dövlət büdcəsindən “Aqrarkredit” vasitəsilə Beynəlxaql Banka 3 milyard manat vəsait ayrılacaq. İndi məlum olur ki, 2016-cı il yanvarın 1-nə Aqrarkreditə olan borc 5.6 milyard manata çatır. Aydın məsələdir ki, dövlət büdcəsindən əlavə ödənilən 3 milyard manat yaxın “Aqrarkredit”in vəsaiti deyil. Bəs bu hansı mənbədən ödənib”.
“Yeganə ehtimal oldur ki, dövlət büdcəsindən cəlb etdiyi vəsait qədər də Mərkəzi Bank öz resursları hesabına Banka dəstək verib”-deyən R.Ağayev əlavə edir ki, Beynəlxalq Banka 2015-ci ildə göstərilən maliyyə dəstəyi onun aktivərinin təxminən 60 faizi qədər olub: “Fantastik dərəcədə böyük məbləğdi. Banka verilən bu dəstəyin həcmi ölkənin bütün bank sektorunun məcmu kapitalından az qala 40% çoxdur…
Zamanında buraxılan strateji səhv – bankın dövlətsizləşdirilməməsinin bədəlini hamı ödədi”.
Leyla SƏLİMLİ
Gununsesi.info