Azərbaycan Beynəlxalq Bankı” özəlləşdirmə çərçivəsində Rusiyadakı törəmə şirkəti – “MBA-Moskva”nın bir sıra filiallarını bağlamaq qərarına gəlib.
Gununsesi.info banka istinadən xəbər verir ki, Sankt-Peterburq və Yekaterinburqdakı filiallarının bağlanması barədə qərar “MBA-Moskva”nın Moskva regionundakı fəaliyyətinə diqqəti ayırmaq məqsədi daşıyır.
Sankt-Peterburq və Yekaterinburq filiallarının müştəriləri ilə iş normal rejimdə davam edir. Martın 5-dən başlayaraq həmin filiallar əmanətlərin qəbul olunmasını dayandırıb və ödəniş sistemləri vasitəsilə pul köçürmələrini həyata keçirmir.
Əmanətlərin qaytarılması isə məhdudiyyət olmadan, adi qaydada həyata keçirilir.
Filialların 2018-ci ilin aprelin 27-dək bağlanması planlaşdırılır.
Gununsesi.info