Beynəlxalq Bankla bağlı beynəlxalq qalmaqal

  • By admin
  • 22 Noyabr 2016 11:22

01_%d0%b5%d0%ba%d0%b0%d1%82%d0%b5%d1%80%d0%b8%d0%bd%d0%b1%d1%83%d1%80%d0%b3-%d0%bc%d0%b5%d0%b6%d0%b4%d1%83%d0%bd%d0%b0%d1%80%d0%be%d0%b4%d0%bd%d1%8b%d0%b9-%d0%b1%d0%b0%d0%bd%d0%ba

 

Beynəlxalq Bankın Moskva filialı çirkli pulların yuyulması, terrorçuluğun maliyyələşdirilməsində ittiham olunur. Məlum olub ki, Rusiyanın hüquq-mühafizə orqanları bu istiqamətdə bir neçə aydır araşdırma aparır.

Gununsesi.info xəbər verir ki, Musavat.com-un yazdığına görə, Sankt-Peterburq şəhərində yerləşən “Azərbaycan Beynəlxalq Bankı-Moskva” ASC-nin fəaliyyəti ilə əlaqədar Rusiyanın Daxili İşlər Nazirliyi Mərkəzi Bankın Şimal-qərb baş idarəsinin rəhbərliyinə müraciət edib. Məktubda deyilir ki, hüquq-mühafizə orqanları “İnTransServis” ASC ətrafında araşdırma apararkən bankın fəaliyyətilə bağlı bir sıra qanunsuzluqlar üzə çıxarıblar.

Məktubda yazılır ki, araşdırma nəticəsində üzə çıxarılıb ki, bank cinayət yolu ilə əldə olunmuş vəsaitlərin- çirkli pulların yuyulması, terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizəyə dair qanunlara əməl etmir.

Araşdırmaların nəticəsinə istinadən qeyd edilir ki, eyni adamların yaratdığı “bir günlük” şirkətlər vasitəsilə ölkədən böyük həcmdə vəsaitlər çıxarılıb. Həmin şübhəli pul köçürmələrini də “Azərbaycan Beynəlxalq Bankı-Moskva” həyata keçirib.

Ciddi ittihamların qeyd edildiyi məktubda Mərkəzi Bank rəhbərliyinə müraciət edilir.

Həmin məktubda rəhbərlikdən xahiş olunur ki, “Azərbaycan Beynəlxalq Bankı-Moskva”ya vəzifə öhdəlikləri, o cümlədən çirkli pulların yuyulmasının qarşısını alan qanunlara əməl olunmasının zəruriliyi xatırladılsın, şübhəli əməliyyatlar haqda hüquq-mühafizə orqanlarına məlumat verilsin.

Qeyd edək ki, bankın Moskva filialı ilə bağlı araşdırma haqda sabiq bankir Cahangir Hacıyev də danışmışdl.

Bakı Ağır Cinayətlər Məhkəməsində son sözlə çıxış edən Cahangir Hacıyev bu baş verənlərə görə maliyyə naziri Samir Şərifovu və bankın indiki rəhbərliyini günahlandırmışdı.

 

Gununsesi.info