Beynəlxalq Basketbol Federasiyasından yenilik - HİCABA İCAZƏ VERİLDİ

  • By admin
  • 04 May 2017 17:27

15

Beynəlxalq Basketbol Federasiyası (FİBA) qadın basketbolçuları matçda hicab taxmalarına icazə verib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Honq Konqda Beynəlxalq Basketbol Federasiyasının növbəti toplantısı keçirilib.

Belə ki, toplantıda FİBA-nın Avropa prezidenti Turqay Dəmirəl də iştirak edib. Toplantıda qərara alınıb ki, qadın basketbolçuları istədikləri halda meydana hicabla çıxa bilərlər.

Qeyd edək ki, tədbir iştirakçıları tərəfindən qəbul olunan qərar 2017-ci ilin oktyabırın 1-də qüvvəyə minəcək.
Qaydalara görə, üzün heç bir hissəsini bağlamaması şərtilə baş örtüləri qara, ağ və ya komandanın uniformasının rəngiylə eynilik təşkil etməlidir.

Bundan başqa, meydana çıxan komandada birdən çox oyunçu hicabdan istifadə edilərsə, o zamanı başörtüsü eyni rəngdə olmalıdır. Üz və ya boyun ətrafında örtünün açılmasına səbəb ola biləcək zəncirbənd və düymədən istifadə olunmayacaq.

Anar

Gununsesi.info