Beynəlxalq buzadırmanma yarışında Azərbaycan komandası iki bürünc medal qazanıb

Beynəlxalq İdman Alpinizm Federasiyasının (IFSM) təşkilatçılığı ilə Rusiyanın Tümen şəhərində buzadırmanma intizamı üzrə beynəlxalq alpinizm yarışı keçirilib.

Federasiyadan Gununsesi.info-ya bildirilib ki, martın 1-dən 3-dək keçirilən buzadırmanma yarışında idmançılar çətinlik, kombinasiya və sürət növləri üzrə qüvvələrini sınayıblar. Yarışda ölkəmizi peşəkar alpinistlər Leyla Əhmədova və Qalib Şıxrəhimov təmsil edib.

Qeyd edək ki, bir neçə illik fasilədən sonra idmançılarımız beynəlxalq yarışlara uğurlu start verərək şəxsi və komanda hesabında iki bürünc medal qazanıblar.

Hazırda idmançılarımız Kirov şəhərində təcrübəli məşqçilərin rəhbərliyi altında bir həftəlik təlim-məşq toplanışı keçirlər.

 

 

 

 

 

 

Gununsesi.info