
Beynəlxalq cinayətlərin cəzalandırılması üçün hüquqi mexanizmlərin hazırlanması beynəlxalq cinayətlərə hüquqi qiymət verilməsinə öz töhfəsini verəcək.
Gununsesi.info xəbər verir ki. bu fikri Milli Məclisin sədr müavini Bahar Muradova “Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasın hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimati zamanı deyib.
Milli Məclisin Hüquq siyasəti və dövət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycan təkcə Dağlıq Qarabağ və Xocalı soyqrımının beynəlxalq aləmdə tanıtdırılması yox, bu cinayəti törədənlərin hüquqi məsuliyyətə cəlb olunması istiqamətində səylərini davam etdirir.
Komitə sədri deyib ki, bu məqsədlə beynəlxalq cinayətlərin cəzalandırılması üçün hüquqi mexanizmlərin hazırlanması beynəlxalq cinayətlərə hüquqi qiymət verilməsinə öz töhfəsini verəcək.
Ə.Hüseynli bildirib ki, beynəlxalq cinayətlərin cəzalandırılması ilə bağlı hazırlanan xüsusi qanun layihəsi soyqırım, hərbi cinayətlər və etnik təmizləmə siyasəti keçirən cinayətkarların məsuliyyətə cəlb olunması beynəlxalq hüquq üçün əhəmiyyətlidir: “Bu qanun layihəsi Xocalı soyqırımını törədən cinayətkarlarının məsuliyyətə cəlb olunması istiqamətində hüquqi cəhətdən mühüm addım olacaq”- deyə. Ə.Hüseynli deyib.
Mürtəza
Gununsesi.info