Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

  • By admin
  • 05 Dekabr 2016 14:27

cudo-1

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, dekabr üçün tərtib edilən cədvəldə Azərbaycan millisinin cüdoçularından Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) öz çəkilərində birinci pilləni qoruyublar. Orxan Səfərov (60 kq) cədvəldə yenə ikinci, Nicat Şıxəlizadə (66 kq) isə 12-ci yerdə qərarlaşıb.

İlqar Müşkiyev (60 kq) və Elxan Məmmədov (100 kq) mövqelərini yaxşılaşdırıblar. Hərəyə bir pillə irəliləyən cüdoçular müvafiq olaraq 14-cü və 7-ci yerdədirlər.

Tərlan Kərimov (66 kq), Məmmədəli Mehdiyev (90 kq), Uşanqi Kokauri (100 kq-dan yuxarı) və Aişə Qurbanlı (48 kq) yerlərini qoruyublar. Onlar bundan əvvəlki siyahıda olduğu kimi müvafiq olaraq yenə 45-ci, 20-ci, 18-ci və 41-ci pillədə yer alıblar.

Gununsesi.info