Beynəlxalq Enerji Agentliyi: Rusiyanın neft hasilatı 30 faiz azalacaq

  • By admin
  • 19 Noyabr 2016 14:31

neft

2040-ci ilə qədər Rusiyanın neft hasilatı 30 faiz azalaraq gündəlik 8,5 milyon barrelə düşəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir. Bildirilir ki, Qərbi Sibir və Volqa-Ural bölgəsindəki yeni neft yataqlarına, eləcə də şist nefti və Şimal Qütbündə neft axtarışı işləri kimi yeni layihələrin inkişaf etdirilməsinə baxmayaraq bu, uzun müddətdə Rusiyanın neft yataqlarındakı azalmanı kompensasiya etməyə yetməyəcək. Ölkənin neft hasilatı 2040-ci ilədək gündəlik 8,5 barrelə qədər geriləyəcək.

Beynəlxalq Enerji Agentliyi 2020-ci ildə Rusiyanın gündəlik neft hasilatının 10,9 milyon barrel səviyyəsində olacağını, bu rəqəmin 2025-ci ildə 10,5 milyon barrelə, 2030–cu ildə 9,8 milyon barrelə, 2035-ci ildə isə 9,3 milyon barrelə düşəcəyini proqnozlaşdırır.

Gununsesi.info