Gununsesi.info bildirir ki, beynəlxalq forumun iştirakçıları Ağdamın Baş Qərvənd kəndi ərazisində mina təmizləmə prosesi ilə tanış olublar.
Qonaqlara Azərbaycanda ilk qadın minatəmizləmə qruplarının yaradılması, minatəmizləmə zamanı itlərlə yanaşı, siçovullardan da istifadə edilməsi barədə də məlumat verilib.
——–
11:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forumun iştirakçılarının Ağdama səfəri başlayıb.
Gununsesi.info bildirir ki, forum iştirakçıları əvvəlcə Ağdam Şəhidlər xiyabanını ziyarət ediblər.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qonaqlara Ağdam Şəhidlər xiyabanı haqqında məlumat verilib. Bildirilib ki, Xocalı soyqırımı və Birinci Qarabağ müharibəsində şəhid olan hərbi və mülki şəhidlərimiz burada dəfn olunub. Daha sonra forum iştirakçılarının minadan təmizlənmiş əraziyə baxışı nəzərdə tutulur.
Gununsesi.info