Beynəlxalq hesabat: Gələn il bu ölkələrdə böhran dərinləşəcək – SİYAHI

  • By admin
  • 14 Dekabr 2023 12:19

Beynəlxalq Xilasetmə Komitəsi (IRC) bildirib ki, iqlim dəyişikliyi, silahlı münaqişələr, artan borc yükü və beynəlxalq dəstəyin azalması 2024-cü ildə dünyada humanitar böhranları sürətləndirəcək.

Gununsesi.info xəbər verir ki, Nyu-Yorkda yerləşən Beynəlxalq Xilasetmə Komitəsi (IRC) 2024-cü il Fövqəladə Hallar üzrə Nəzarət Siyahısına əsasən, Afrikada olan 20 ölkəni gələn il humanitar vəziyyətin pisləşməsi riski yüksək olan ölkələr adlandırıb.

IRC-nin fövqəladə vəziyyətə nəzarət siyahısında birinci yerdə Sudan, ikinci yerdə işğal olunmuş Fələstin əraziləri və Cənubi Sudan gəlir. Asiyada Myanma və Əfqanıstan, Yaxın Şərqdə Suriya, Livan və Yəmən, Avropada Ukrayna, Cənubi Amerikada Ekvador və Karib hövzəsindəki Haiti siyahıda digər ölkələr olub.

Beynəlxaq təşkilat qeyd edir ki, bu 20 bölgə dünya əhalisinin təxminən 10 faizini, lakin qlobal humanitar ehtiyacların 86 faizini və qaçqınların 70 faizini təşkil edir.

Keçən il siyahıya daxil edilməyən Sudan böyük miqyaslı şəhər müharibələri “minimum beynəlxalq diqqət” aldığı üçün siyahının başında idi.

IRC bildirib ki, bəzi Afrika ölkələri öz həyat standartlarını sürətlə yaxşılaşdırsa da, münaqişələr, çevrilişlər və yoxsulluq “həyəcanverici sürətlə” artır və El Nino hava fenomeni iqlimi təhdid edir. Bu arada, IRC qeyd edib ki, Haitidə əhalinin təxminən yarısı humanitar yardıma ehtiyac duyur.

Hesabat bu il humanitar yardıma ehtiyacı olan insanların sayının 300 milyona, evlərini tərk etmək məcburiyyətində qalanların sayının isə 110 milyona yüksəlməsindən sonra gəlir.

IRC-nin rəhbəri Devid Milibend açıqlamasında iqlim dəyişikliyinə uyğunlaşma, qadınların səlahiyyətlərinin artırılması və köçkünlərə dəstək ilə bağlı daha çox addımların atılmasının vacibliyini vurğulayıb.

Gununsesi.info