
Azərbaycan hökumətinin təmsilçiləri, parlamentin deputatları beynəlxalq insan haqları təşkilatlarının hesabatlarına, çağırışlarına həmişə inkarçı mövqedən yanaşıb və bir az da irəli gedərək, onları hansısa ölkənin “QHT-si” adlandırıb.
Avropa Parlamentinin sonuncu qətnaməsində ölkəmizdəki insan haqlarının mövcud durumuna görə istinad mənbələrindən biri də məhz “Freedom House” təşkilatı idi.
Adıçəkilən təşkilat başda olmaqla, dünyanın nüfuzlu insan haqları qurumları Azərbaycana davamlı çağırışlar edib.
Ancaq hökumət bu təşkilatları “ermənipərəstlikdə” ittiham edərək, tənqidləri rədd edib.
Ancaq göründüyü kimi bu yanaşma nəticə etibarilə Azərbaycana zərər vurur.
Ona görə də “Freedom House” , “Amnesty İnternational”, “Sərhədsiz Reportyorlar”, “Human Righs Watch” və sair kimi təşkilatlara ciddi yanaşmaq lazımdır.
44 Günlük müharibə dövründə belə bir presedent oldu.
Azərbaycan hökumətinin çağırışından sonra “Amnesty İnternational” və “Humanə Righs Watch” Gəncə və Bərdədə mülki insanların raket atəşinə tutulmasına dair hesabat yaydı.
Azərbaycana sərmayə qoymaq istəyən xarici inverstorlar da ilk olaraq həmin təşkilatların hesabatlarına baxırlar.
Ölkənin məhkəmə-hüquq sisteminin sıradan çıxdığını görən xarici investor heç zaman buraya sərmayə gətirməz.
Ona görə də bu təşkilatların çıxışlarını
ABŞ, Fransa, Böyük Britaniya kimi ölkələr bu qurumların tənqidlərindən nəticə çıxarıb.
İraqda ABŞ əsəgrlərnin əsirlərə işgəncə verməsinə dair “Amnesty İnternational”ın açıqlamasından sonra Prezident Buş bəyanat verdi və hərəkətə keçdi. Həmin əsirlərə işgəncə verən nə qədər amerikalı hərbçi cəzalandırıldı.
Baxmayaraq ki, onlar müharibədən çıxan qəhrəmanlar idi.
Ona görə də hökumət doğrudan da ölkədə ədalətli cəmiyyət qurmaq istəyirsə, bu təşkilatlarla işləməlidir.
Pərviz Həşimli
Gununsesi.info