Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçildi

  • By admin
  • 25 Noyabr 2016 17:44

jose_perurena_lopez_241116

Bakıda Beynəlxalq Kanoe Federasiyasının (ICF) prezidenti seçilib.

Gununsesi.info-nun məlumatına görə, bu vəzifəyə növbəti 4 il müddətinə hazırkı prezident Xose Perurena Lopez seçilib.

ICF-nin Bakıdakı XXXVI Konqresi çərçivəsində baş tutmuş seçkidə ispaniyalı funksionerin rəqibi olmayıb. O, 94 mümkün səsdən 82-ni qazanıb.

Qeyd edək ki, X.Lopez 1945-ci il aprelin 4-də İspaniyanın paytaxtı Madriddə anadan olub. O, 1968-ci il Mexiko Yay Olimpiya Oyunlarında kayakçı kimi mübarizə aparıb. İspaniyalı funksioner ICF-yə 2008-ci ildən rəhbərlik edir. X.Lopez 2011-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvü, 2014-cü ildən isə Beynəlxalq Dünya Oyunları Assosiasiyasının prezidentidir.

Gununsesi.info