Beynəlxalq məhkəmədə İsraillə bağlı qərar bu tarixdə açıqlanacaq

  • By admin
  • 25 Yanvar 2024 09:50

Beynəlxalq Ədalət Məhkəməsi  yanvarın 26-da Cənubi Afrika Respublikasının Qəzza zolağında “soyqırım” törətdiyi əsası ilə İsrailə qarşı qaldırdığı iş üzrə müvəqqəti tədbirlər tələbləri ilə bağlı qərarını açıqlayacaq.

Gununsesi.info xəbər verir ki, məhkəmənin yaydığı  yazılı açıqlamada, İsrailin 1948-ci il Birləşmiş Millətlər Təşkilatının (BMT) Soyqırımın Qarşısının Alma və Cəzalandırma Konvensiyasını pozduğu əsası ilə Cənubi Afrika Respublikası tərəfindən açılan işdə müvəqqəti tədbirlər tələbləri ilə bağlı qərarın verildiyi bildirilib. Qəzzaya etdiyi hücumlarda soyqırım sabah Bakı vaxtı ilə saat 16.00-da elan ediləcək.

Açıqlamada qeyd olunub ki, məhkəmənin qərarı açıq iclasda Məhkəmənin sədri hakim Joan E. Donoghue tərəfindən oxunacaq.

Açıqlamada Cənubi Afrikanın 29 dekabr 2023-cü ildə İsrailə qarşı Soyqırım Konvensiyasından irəli gələn öhdəlikləri pozduğu iddiası ilə məhkəməyə müraciət etdiyi xatırladılıb.

Bildirilib ki, Cənubi Afrika Respublikası  “Soyqırım Konvensiyasına əsasən Fələstin xalqının hüquqlarına daha çox, ciddi və bərpası mümkün olmayan zərərin qarşısının alınması” məqsədilə müvəqqəti tədbirlər görülməsini istəyib.

Cənubi Afrika məhkəmədən İsraili “soyqırım törətməməyə, soyqırımın qarşısını almağa və soyqırımı törədənləri cəzalandırmağa” məcbur etmək üçün müvəqqəti tədbirlər görməsini tələb edir. Bu cür müvəqqəti tədbirlər məhkəmə prosesi davam edərkən vəziyyətin daha da pisləşməsinin qarşısını almaq məqsədi daşıyır.

Gununsesi.info