Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndidəki ofisi bağlandı

Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndidəki (BQXK) ofisi bağlanıb.

Bu barədə Ermənistanın İctimai Televiziyasına BQXK-nın İrəvan üzrə kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni məlumat verib.

Onun sözlərinə görə, ofis Bərdəyə köçürülüb.

“Bərdədəki ofisə humanitar məsələlərlə, məsələn, Qarabağda yaşayan ermənilərin işləri ilə məşğul olacaq əməkdaşlar qoşulacaqlar”, – deyə Z.Amatuni əlavə edib.