Beynəlxalq qurumların çağırışlarına ABŞ və Avropa ölkələrinin qoşulması vəziyyətin ciddiliyindən xəbər verir - HÜQUQ MÜDAFİƏÇİSİ

  • By admin
  • 14 Sentyabr 2023 12:45

“Azərbaycan dünyanın demokratik kəsimi ilə nümayiş etdiyirdi inadkarlığa son verməli, Qubad İbadoğlu başda olmaqla bütün siyasi məhbusları azad etməlidir.

Artıq beynəlxalq insan haqları təşkilatlarının bu çağırışlarına ABŞ, Böyük Britaniya, Almaniya kimi dövlətlər də qoşulub”.

 

Bunu Gununsesi.info-ya açıqlamasında Demokratiya Monitorunun direktoru Fuad Həsənov deyib.

Hüquq müdafiəçsinin sözlərinə görə, BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın insan hüquqlarının durumuna görə tənqid edilməsi vəziyyətin ciddiliyindən xəbər verir: “Hesab edirəm ki, nəhayət, hakimiyyət siyasi iradə nümayiş etdirməli vəziyyəti dəyişməlidir.  Azərbaycanda insan haqları problemi hansısa beynəxlaq insan haqları təşkilatları tərəfindən dilə gətirilirdi. İndi ABŞ və Avropa ölkələrinin ən yüksək rəsmiləri tərəfindən bu çağırışlar edilir. Böyük Britaniya Parlamentində Azərbaycan kəskin tənqid olundu. Hökumət inadkarlığı yerə qoymalıdır”.

Hüquq müdafiəçisi deyir ki, Avropa Parlamentində də müxtəlif siyasi qruplarda təmsil olunan bir qrup parlament üzvləri Qubad İbadoğlunun həbsi ilə bağlı qətnamə qəbulu üçün vəsatət qaldırdılar:

”Qətnamə təklifində Azərbaycanla bağlı bundan öncəki qətnamələr də xatırlanır, ölkədə 200 ətrafında siyasi məhbusun olması vurğulanır və həbsdə olan siyasi məhbuslara, jurnalistlərə, hüquq müdafiəçilərinə azadlıq tələb edilir, Qubad bəyin təxirə salınmadan azad edilməsi, yaxın qohumlarının ölkədən çıxışına qadağanın götürülməsi istənilirdi. Qətnamə təklifində Avropa İttifaqını insan haqlarını ciddi şəkildə pozan rəsmilərə qarşı sanksiya rejimi tətbiq etməyə və digər çağırışlar da var.

Avropa Nümayəndəliyi Qubad bəyi təcridxanada yoluxmaqla, məhkəmə prosesini yaxından izləməklə, onun sağılq durumunu monitorinq etməklə onun işini dəstəkləməyə çağrılır. Nəhayət qətnamə parlament çoxluğu (539 səs) ilə indilərdə qəbul edildi.

Regionda mürəkkəb bir sülhyaratma prosesinin çətinliklə getdiyi və bu prosesdə Azərbaycanın Avropa İttifaqı, ABŞ kimi strateji tərəfdaşların mühüm institutları uzun vədədə işləməli olduğu bir vaxtda ölkədə yaranmış insan hüquqları böhranı ölkənin strateji maraqlarına ziddir, səmərəli manevr imkanlarını azaldır. Mürəkkəbi qurumamış son Avropa Parlamenti qətnaməsi ciddiyə alınmalı, qətnamədə vurğulanan problemlər vaxt itirmədən hakimiyyətin müsbət niyyətli siyasi iradəsilə həll edilməlidir”.

 

Afət Abbasova

Gununsesi.info