Beynəlxalq səyahətçilərin Ağdama səfəri başladı

Azərbaycana gələn beynəlxalq səyahətçilərin (səyyah) işğaldan azad edilmiş Ağdama səfəri başlayıb.

Gununsesi.info xəbər verir ki, səyyahlar Şuşa şəhərini ziyarət edəndən sonra Ağdama yola düşüblər.

HTML tutorial

Qeyd edək ki, bu gün dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın beynəlxalq səyahətçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

Heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Charles Veleydir.

Beynəlxalq səyahətçilər bundan əvvəl Şuşa şəhərini ziyarət ediblər.

Gununsesi.info