
İşğaldan azad edilmiş ərazilərimizdə səfərdə olan beynəlxalq səyyahlar səyyahlar qrupu fevralın 5-də Kəlbəcərə gəlib, rayonun Zülfüqarlı kəndində yerləşən İstisuda olublar.
Gununsesi.info xəbər verir ki, səyyahlara İstisu və işğal zamanı ermənilərin torpaqlarımızda, o cümlədən Kəlbəcərdə törətdikləri vəhşiliklər barədə məlumat verilib.
Qeyd edək ki, 30 nəfərlik heyətə 12 ölkənin – ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyanın səyyah elitasında yer alan nüfuzlu şəxslər daxildir.
Gununsesi.info