Beynəlxalq təşkilat Prezidentdən Tofiq Yaqublunu azad etməyi xahiş edir

İnsan Haqları Naminə Beynəlxalq Tərəfdaşlıq təşkilatı Tofiq Yaqublunun qanunsuz hökmünü pisləyir və Prezident İlham Əliyevdən xahiş edir ki, bu məsələnin yenidən araşdırlması üçün addımlar atsın və Yaqublu dərhal və qeyd-şərtsiz buraxılsın.

Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı açıq məktubda Brüsseldə qərargahlanan IPHR təşkilatı müxalifət lideri Tofiq Yaqubluya 3 sentyabrda “xuliqanizm” maddəsi üzrə kəsilmiş uzunmüddətli həbs hökmünü qınayıb.

Yaqublunun saxlanması və mühakiməsi zamanı ədalətli məhkəmə standartlarının pozulduğunu vurğulayan təşkilat Yaqublunun məhz siyasi baxışlarına görə qisas xarakterli həbsə məruz qaldığını bəyan edir.

“Bu xahişin təcililiyi Tofiq yaqublunun sürətlə pisləşən sağlıq durumundan irəli gəlir,” məktubda qeyd olunur. “Bu, onun yeddi ildə üçüncü həbsidir.”

Gununsesi.info