Beynəlxalq Valyuta Fondundan Azərbaycan üçün optimist proqnoz…

  • By admin
  • 15 Sentyabr 2016 13:30

rovsen

İqtisadçı Rövşən Ağayev proqnozların reallaşmayacağını düşünürş

HTML tutorial

Beynəlxalq Valyuta Fondu Azərbaycan iqtisadiyyatı ilə bağlı yeni hesabatını açıqlayıb. 2016-cı ildəÜDM-nin 2.4% azalması, qarşıdakı 4 ildə isə 1.5-2.9% intervalında artımını proqnozlaşdırırlar.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspert  Rövşən Ağayev  Gununsesi.info-ya bildirir ki, 2017-ci il üçün 8.5%-lik, 2018-2020-ci illər üşün 4-4.5% inflyasiya gözləntisi var: “Təşkilatın proqnozuna görə, 2020-ci ildəÜDM istehsalı manat ifadəsində 67.8 milyard manat, dollar ifadəsində 43.8 milyard dollar olacaq. Bu rəqmlərdən çıxış etsək, deməli Beynəlxalq Valyuta Fondu 2020-ci ildə də manat-USD məzənnəsinin 1.55 manat=1 dollar olacağını gözləyir”.

R.Ağayev qeyd edir ki, proqnoza görə Neft Fondunun aktivləri hazırkı səviyyə ilə müqayisədə 10 milyard dollardan çox artaraq 46 milyard dollara çatacaq: “Qeyri-neft ixracının hazırkı 1.4 milyard dollardan 2.1 milyard dollara qədər artacağı proqnoz edilir.İcmal büdcə gəlirlərini hazırkı 18.4 milyard manatdan 30.7 milyard manata çatacağı proqnozlaşdırılır – 12.3 milyard manatlıq artım. Bu artımın 4 milyard manatının vergi gəlirləri, təxminən 8 milyard manatdan bir qədər çoxunun Neft Fondunun gəlirlərinin genişlənməsi hesabına təmin ediləcəyi gözləntisi var”.

Beynəlxalq təşkilat neftin orta illik qiymətinin 53-57 dollar arasında dəyişəcəyi proqnozlaşdırır

Azərbaycan iqtisadiyyatının hazırkı real durumunu, makroiqtisadi və institusional mühiti, xüsusilə bank sektorunun və real sektorun vəziyyətini, institusional potensialı və mühiti gözə alanda, BVF-nin 5 illik optimist proqnozları nə qədər realdır? R.Ağayevə görə, vergi gəlirlərinin 5 ildə 4 milyard manat artacağı qətiyyən real deyil: “Hökumət və iqtisadiyyat üçün ən ağır sınaq illəri olan 2015-2016-cı illərdə vergi gəlirlərini faktiki olaraq 400-500 milyon manatdan çox artırmaq mümkün olmadı. Baxmayaraq ki, uzun illər ərzində “kölgə iqtisadiyyatı”nın miqyasının həddənartıq böyük olması və məcburiyyət olanda leqallaşmanın baş verəcəyi ilə bağlı rəylər vardı. Baxmayarq ki, vergi gəlirlərini artırmaq üçün sərt inzibati mexanizmlər istifadə edildi.Yalnız gömrükdə artım oldu, o da iki dəfəlik devalvasiya nəticəsində məzənnə fərqindən yaranan artımdır – real artımdan söhbət gedə bilməz”.

“Vergi gəlirlərinin proqnozlaşdırılan səviyyədə artımı yalnız qeyri-neft sektorunun, ilk növbədə qeyri-neft ixracının orta hesabla ildə 10-15%-lik artımı şəratində təmin edilə bilər. BeynəlxalqValyutaFondunun ekspertləri isə qeyri-neft ÜDM-i üçün illik 2.5-3.5%, qeyri-neftixracıüçün 3-5% intervalında artım proqnozlaşdırırlar.

Neft Fondunun gəlirlərinin 16.6 milyard manata qədər artacağı proqnozlaşdırlır. Halbuki Fondun ekspertlərinin məzənnə ilə bağlı proqnozu (1.55) və neftin dünya bazar qiyməti ilə bağlı proqnozu (2020-ci lldə 57 dollar) nəzərə alınsa, Fondun büdcə gəlirlərinin 16.6 milyard manat olması real görünmür”,-deyə ekpsert vurğulayır.

İqtisadçının hesablamaları göstərir ki, neftin orta illik qiymətinin 55 dollar ətrafında olduğu şərait də Neft Fondunun gəlirləri maksimum 6.7-7 milyard dollar intervalında dəyişəbilər: “Göstərilən məzənnə ilə isə bu 10-11 milyard manat edir. İndiki hasilat çərçivəsində və neftin qiymətinin 55-57 dollar olduğu şəraitdə Neft Fondunun gəlirlərinin 18 milyard manatı ötməsi üçün manatın dollara məzənnəsi 2.5 manata çatmalıdır”.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info