Beynəlxalq Banka milyardlarla vəsait verməkdənsə, bankların problemini həll etmək lazımdır - EKSPERT

  • By admin
  • 10 Yanvar 2017 12:26
bank
Manatın ucuzlaşaması fonunda bank-maliyyə sektorunda baş verən problemlər daha da dərinləşir. Hökumətin isə yaranmış duruma adekvat reaksiya verməyərək, vəziyyəti daha da mürəkkbələşdirməsi  proseslərin sanki xoşagəlməyən məcraya sürüklənməsinə yardım edir. Onsuz da yaranmış durum bank sistemini faktiki olaraq çökmüş duruma salıb. Əgər heç bir bank dollar satmırsa, hətta bankın özünün verdiyi dollar hesab-kartında əməliyyat həyata keçirmək mümkün deyilsə, bu, bank sisteminin artıq məhv olduğunun göstəricisidir. Ona görə də ekspertlər bildirir ki, hökumət təcili olaraq bank sistemində vəziyyəti tənzimləməlidir. Əks təqdirdə növbəti devalvasiya baş verəcək, iqtisadiyyat da çökə bilər. 
qubad
Yaranmış vəziyyətlə bağlı iqtisadçı alim Qubad İbadoğlu ilə söhbətləşdik.
Bank-maliyyə sektorunda yaranmış vəziyyətlə bağlı Gununsesi.info-ya açıqlama verən Q.İbadoğlu bildirib ki, bank-maliyyə sektorunda vəziyyət ürəkaçan səviyyədə deyil:
“Ötən illərlə müqayisədə bank-maliyyə sektoruna investisiyaların həcmi 80 faizdən artıq azalıb və bu da ciddi  problemlərdən xəbər verir. Sərmayə olmadan isə  bank sektoru inkişaf edə bilməz. Ona görə də hökumət təcili olaraq bank sektorunu üzləşdiyi böhranlı durumdan çıxarmaq üçün  təcili olaraq tədbirlər planını hazırlayıb həyata keçirməlidir”- deyə, 0, bildirib.
Q.İbadoğlu  hesab edir ki, yaranmış durumdan ən sadə çıxış yollarında biri bankların kapitalizasiyasını həyata keçirməklə, ya onların birləşməsinə nail olmaq, ya da problemli  və ya zərərlə işləyən banklar bağlanmalıdır: “Hansı bank zərələ işləyir, krediti çoxdur, onlar bağlanmalıdır. İkincisi isə yaranmış durumda  banklara dövlət dəstəyi olmalıdır və problemli kreditlərin sağlamlaşdırılması həyata keçirilməlidir”.
Ekspertin fikrincə, dövlət kreditlər portfelində  xarici valyutanın fazi dərəcəsinin çox olduğunu nəzərə alaraq  valyuta ilə olan kreditlərə müəyyən güzəştlər tətbiq etməlidir: “Hökumət elə etməlidir ki, bu güzəştlər bütün tərəflərin xeyrinə olmalıdır”.
Ekspert bildirib ki, banklar bu gün üzləşdiyi böhranlı durumdan yan keçə bilərdi. “Əgər hökumət  mənasız yerə Beynəlxalq Banka milyardlara vəsaiti ayrılmasaydı. Beynəlxalq Banka  milyardlarla  vəsait verməkdənsə, bu vəsaitlə bankların problemini həll etmək olardı.  Təəssüflər olsun ki,  Azərbaycan hökuməti və aidiyyatı qurumlar  Beynəlxalq Bankdan oğurlanan  vəsaitin kompensasiyası ilə məşğul oldular. Bu metodla bank sektorunu yaranmış durumdan çıxarmaq mümkün deyil”- deyə, o,  vurğulayıb.
Ekspert əlavə edib ki,  proses belə davam edərsə, bank sektorunun çökməsinə gətirib çıxaracaq. “Çünki ümumilikdə ətraf iqtisadi mühit əlverişli deyil. İqtisadi tənəzzül və böhran hökm sürməkdədir. Zərələ işləyən və bağlanan şirkətlərin sayı artır. Bu da öz növbəsində bank-malliyə sektoruna öz mənfi təsirini göstərir. Ona görə də bird aha təkrara edirəm vəziyyət daha da kəskinləşmədən bank-maliyyə sisteminin üzləşdiyi böhrandan çıxması üçün  mütləq dövlət dəstəyi olmalıdır. əks təqdirdə  bizi daha mürəkkəb situasiyalar gözləyir”- deyə, o bildirib.
ekrem
Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı Gununsesi.info-ya açıqlamasında bildirib ki, proseslərin bu cür davam etməsi növbəti devalvasiyalara səbəb ola bilər və buna rəvac verir: “Yaranmış durum  ölkənin ödəniş sistemini iflic edib  və heç kim ödəniş etmir”.
Ekspertin sözlərinə görə, ötən il ölkənin bank sistemi faktiki olaraq çöküb: “11 bank bağlanıb. Qalanlarının da vəziyyəti çox pisdir. Bu il azı 10  bank da bağlanacaq. Əmanətlərin banklardan çıxarılması prosesi güclənəcək. Faktiki olaraq pul kütləsi xeyli azalacaq. Bankların problemli kreditləri, dollar kreditləri ilə bağlı məsələ dolların bahalaşması fonunda daha da gərginləşəcək. Bu il bank-borclu münasibətləri daha da şiddətlənəcək”.
Ekspert onu da əlavə edib ki, yaranmış durumda sahibkarlara dövlət dəstəyi olmazsa, onlara öz borclarını uyğun şərtlərlə qaytarmaq üçün şərait yaradılmasa, onlar borclarını qaytarmayacaqlar: “Bu da bütövlükdə bank sisteminə böyük zərbə vuracaq . Bu baxımdan,  vəziyyət ürəkaçan deyil və ona görə də dövlət təcili tədbirlər planı hazırlayıb həyata keçirməlidir”.
Mürtəza
Gununsesi.info.