Beynəlxalq hüquqda dinc şəhərlərə qarşı “Skad” raketlərindən istifadəni qadağan edir - RUSİYALI HƏRBİ EKSPERT

  • By admin
  • 13 Oktyabr 2020 15:50

 

Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının Moskva görüşü deklarativ xarakter daşıyırdı. Görüşün yekunlarına görə saziş deyil, bəyanat qəbul edilib. Buna görə bu görüşdən ciddi heç nə gözləməyə dəyməz.

Gununsesi.info xəbər verir ki, bu barədə Turan-a müsahibəsində məşhur Rusiyalı hərbi ekspert Pavel Felgenhauer bildirib.

“Atəşkəsin qüvvəyə minməsi üçün sazişi hərbiçilər imzalamalıdır, 2016-cı ildə olduğu kimi. Bundan başqa, tərəflərin atəşkəs üçün siyasi iradəsi olmalıdır, bu iradə isə, göründüyü qədər, yoxdur və hətta həlak olanların dəyişdirilməsi belə baş vermir.

Павел Фельгенгауэр.

Bu halda Azərbaycan və Ermənistan sadəcə olaraq Putinə qarşı nəzakət nümayiş etdiriblər, onun müraciətinə səs verərək Moskvaya gəliblər”, deyə Felgenhauer qeyd edib.

Qarabağ münaqişəsi ilə bağlı Moskvanın strategiyası haqqında suala cavabda ekspert deyib ki, belə bir strategiya sadəcə olaraq yoxdur. “Moskva bu və ya digər tərəfdə durmaq istəmir, buna görə müşahidə edir. Ümumilikdə isə, Rusiya Cənubi Qafqazda öz təsirini möhkəmləndirməyə, bir növ “Rus dünyası”nı bərpa etməyə çalışır. Bu səbəbdən o, tərəflərdən birini açıq-aşkar dəstəkləməyəcək.

Eyni zamanda, münaqişə zonasında “Vaqner qrupundan” muzdluların olması və Ermənistana silah göndərilməsi haqqında təsdiq olunmamış məlumatlar var.

Türkiyənin döyüş əməliyyatlarına birbaşa cəlb olunması Rusiya üçün qırmızı cizgi olardı, onda vəziyyət dəyişə bilər, deyə ekspert bildirib.

Gəncəyə raket zərbəsi endirilməsini necə qiymətləndirməsi barədə suala cavabda Fengenhauer bildirib ki, beynəlxalq hüquqda dinc əhaliyə qarşı R-17 və ya “Skad” raketlərindən istifadə qadağan olunur. Bu raketlər hərbi obyektlərin vurulması üçün nəzərdə tutulub.

“İş məhkəməyə qədər gedib çatsa, ermənilər, yəqin ki, deyəcəklər ki, onlar hərbi obyekti hədəf alıblar, raket isə hədəfdən bir kilometr yayına bilər və onlar hədəfi vura bilməyiblər”, deyə ekspert qeyd edib.

Raketin haradan buraxıldığını texniki olaraq izləmək olar? Bu suala cavabda Fegenhauer deyib ki, Azərbaycanın müvafiq texniki vasitələri – radarları olmalıdır. “Bilmirəm, Azərbaycanın belə vasitələri var, ya yox, amma Moskvanın və Vaşinqtonun var və onlar raketin haradan buraxıldığını dəqiq bilirlər. Amma, bir qayda olaraq, nə Vaşinqton, nə Moskva bu məlumatları paylaşmır. Raket Ermənistandan buraxılıbsa vəziyyət başqadır, Qarabağdan buraxılıbsa başqa”, deyə ekspert qeyd edib.

Azərbaycanın HHM vasitələri bu raketi tuta bilərdi? Bu suala cavabda ekspert bildirib ki, Azərbaycanda olan  S-300-ləri “prinsipcə bunu etməli idi”. Amma S-300 raketlərin deyil, təyyarələrin məhv edilməsi üçün nəzərdə tutulub. Məlum olduğu kimi, Azərbaycanda İsrail istehsalı olan HHM vasitələri var və onlar raketi tutmalı idi, deyə o əlavə edib.

Fengenhauer davam edən hərbi əməliyyatlarla bağlı proqnozları haqqında suala cavab verməkdə çətinlik çəkib və deyib ki, çox güman ki, Qarabağın cənubunda və şimalında döyüşlərin davam edəcək. “Konkret olaraq nə isə demək çətindir, amma bir şey aydındır – Azərbaycan daha güclüdür və onun resursları daha çoxdur”, deyə o qeyd edib.

Gununsesi.info