Beynəlxalq maliyyə təşkilatları Azərbaycana kredit verməkdən imtina edəcəkmi? - Ekspert rəyi

  • By admin
  • 27 Oktyabr 2016 15:59

dollar_euro_140715_1_1

Xəbər verildiyi kimi, “Mədən sənayesindəşəffaflıq təşəbbüsü” (MSŞT) üzrə beynəlxalq Komitə Azərbaycanın “namizəd” statusunu saxlayıb.İdarə heyəti hesab edir ki, Azərbaycanın MSŞT-nin 1.3. saylı “Vətəndaş cəmiyyətinin iştirakı” standartıüzrə vəziyyəti qənaətbəxş deyildir. Odur ki, İdarə Heyəti hökümətə vəçoxtərəfli qrupa icra müddəti növbəti iclasa qədər olan islahedici tədbirlər planı təqdim edərək mart ayına qədər vaxt verib.

Bir sıra ekspertlər hesab edir ki, Azərbaycan hökuməti vətəndaş cəmiyyəti ilə bağlı təzyiqləri aradan qaldırmazsa,  xarici donorlardan enerji layihələrinə kredit almaq imkanlarıçətinləşəcək. Xüsusilə Dünya Bankı və Avropa Yenidənqurma vəİnkişaf Bankı Cənub Qaz Dəhlizi  üçün Azərbaycana kredit ayırmasından imtina edə bilər.

Neft  Araşırmaları Mərkəzinin rəhbəri İlham Şaban Gununsesi.info-ya bildirib ki, beynəlxalq maliyyə təşkilatlarının belə tələblərindən xəbərsizdir:  “İndiyədək kreditləri beynəlxalq maliyyə qurumları verib və bu haqda hər hansı bir məlumat  sızdırmayıb.  MSŞT qrupu ilə Azərbaycan hökuməti arasında 1 ildən çoxdur ki, danışıqlar gedir. Bu müddət ərzində həmin maliyyə təşkilatları ilə görüşlərdə vətəndaş cəmiyəti ilə bağlı tələblər ortaya qoyulsaydı,  kiçik eyhamlarıda olsa eşitmiş olardıq”.

Amma İ.Şaban proseslərin gedişində bir çox sualların ortaya çıxdığını bildirib: “2013-cü ildə Azərbaycan hökumətinin Qərblə arası soyumağa başladı.  Ötən dövr ərzində hökumət öz mövqeyindən geri çəkilmədi.

Amma 2016-ci ildə bu mövqe birdən-birə dəyişdi,  vətəndaş cəmiyyətinə qarşı təpkiləri yumuşaltmaq mövqeyində addımlar atdı.  Bunun özü də müəmmalı məqamdır. Buna belə aydınlıq  gətirmək olar ki, yumuşalma mövqeyi səngiməsəydi Astana görüşündə Azərbaycanı MSŞT-dəki üzvlüyündən çıxaracaqdılar. Azərbaycan hökuməti isə onun üzvlükdən çıxarılmasını istəmədi”.

İ.Şabanin fikrincə,  Azərbaycan hökumətinin burada məqsədi özünə imic qazandırmaqdır: “Məsələn, Rusiya MSŞT-nin üzvü deyil. Bu təşkilat Rusiyaya heç bir divident vermir. Amma Azərbaycanın imici baxımından divident verib. Hökumət hər yerdə bildirir ki, Azərbaycan təşəbbüsə qoşulan ilk ölkələrdən olub, hesabatlar təqdim edir.

Amma Rusiya ilə Azərbaycan arasındakı hesabatlara nəzər salsaq, Rusiyada şəffaflıq bizdən qat-qat yüksəkdir. Çünki bu ölkədə hasilatçışirkətlər səhmdar cəmiyyətlərdir. Rusiyada enerji şirkətlər hər 3 aydan bir hesabat təqdim edir, Azərbaycanda ildə 1 dəfə. Ölkəmizdəəməliyyat şirkətlərinin nə qədər neft hasil etməsi, öhdəlikləri barədə heç bir məlumata rast gəlmək mümkün deyil. Amma Rusiya və Qazaxıstanda hasilat şirkətləri səhmdar cəmiyyət olduğundan divident verirlər və məlumat bolluğu  var”.

Vüsalə Rüstəmova

Gununsesi.info