Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Saleh Rüstəmova baş çəkib

  • By admin
  • 03 Dekabr 2021 21:45

Vəkil Bəhruz Bayramov bu gün Penitensiar Xidmətin Müalicə Müəssisəsində hazırda aclıq aksiyası keçirən sabiq icra başçısı Saleh Rüstəmovla görüşüb.

Bu barədə Gununsesi.info-ya vəkil özü bildirib.

Onun sözlərinə görə, Saleh Rüstəmovun vəziyyəti getdikcə pisləşir:

“Beynəlxalq Qızıl Xaç Komitəsinin təmsilçiləei də bu gün ona baş çəkib. Analizlərin nəticələri ilə tanış olublar. Bildiriblər ki, onun səhhəti istənilən an sürətlə kəskin şəkildə pisləşə bilər”.

Vəkil deyib ki,  Saleh Rüstəmovun durumu riskli dönəminə keçib.

Gununsesi.info