Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının yeni rəhbəri bəlli oldu

  • By admin
  • 07 Noyabr 2017 09:00

İtaliya Qızıl Xaç Komitəsinin rəhbəri Françesko Rokka Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının  (BQXQACF) yeni prezidenti seçilib.

Gununsesi.info xəbər verir ki, F.Rokka bu vəzifəyə ötən gün BQXQACF-ın Antalyada keçirilən baş assambleyasında seçilib.

O bu postda 2009-cu ildən təşkilatın rəhbəri çalışmış Tadateru Konoeni əvəzləyəcək. Federasiyanın baş katibi 2014-cü ildən Elxac Əs-Sisidir.

Gununsesi.info