
Türkiyənin Antalya şəhərində 11-ci Beynəlxalq Qum Heykəli Festivalına start verilib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Beynəlxalq Qum Heykəli Festivalının direktoru Cem Karaca “Dünyanın 14 möcüzəsi və mifologiya” mövzusu ilə nümayişə başladığını bildirib.
Belə ki, festivalın keçrildiyi sahədə 12 ölkədən 20 heykəltaraş tərəfindən 10 min tondan artıq qum istifadə edilərək 150-dən artıq heykəl düzəldilib.
C.Karaca bildirib ki, Eyfel Qülləsi, Tac Mahal, Aztek Məbədləri, Xeops piramidası, Kolizey, Yasak Şehirin də aralarında olduğu əhəmiyyətli əsərlər ilə Təpəgöz, Odin, Abu Simbel, Avropa, Kumiho kimi mifoloji heykəllər turistlər tərəfindən izləniləcək.


Anar
Gununsesi.info












