Beynəlxalq səviyyədə tanınan sərhədlərə və milli sərhədlərə hörmət olunmalıdır - MAKRON "GÜNÜNSƏSİ"nə DANIŞDI

  • By admin
  • 17 May 2023 13:14

Fransa Prezidenti Emmanuel Makron Gununsesi.info-ya özəl açıqlamasında Azərbaycan Ermənistan arasında yaxın zamanlarda sülh razılaşmasının mümkünlüyü barədə danışıb. 

Fransa Prezidenti ölkəsinin Minsk Qrupunun həmsədri kimi Azərbaycan Ermənistan  arasında sülhə maraqlı olduğunu vurğulayıb:

Biz sülh prosesinə kömək etməliyik. Minsk Qrupu çərçivəsində də özümüzü buna həsr etmişik. Beynəlxalq səviyyədə tanınan sərhədlərə tam hörmət olunmalıdır. Bunu müzakirə etmişik. Bundan başqa  Praqada aparılan müzakirələrin davamı olaraq, milli sərhədlərə də tam hörmətin  ifadə olunması  müzakirə olunub. Biz öz işimizi sülh prosesinə həsr etmişik və buna da çalışırıq”.

 

 

Pərviz Həşimli

İslandiya/Reykyavik

Gununsesi.info