Beynəlxalq Təşkilat Azərbaycan qarşısında hansı tələbləri qoyub? - Ölkənin investisiya və kredit reytinqlərin aşağı salına bilər

  • By admin
  • 17 Noyabr 2016 16:06

qubad

«Azərbaycan hökuməti Mədən sənayesindəşəffaflığın artırılması” (MSŞA) Koalisiyasına üzv olan vətəndaş cəmiyyətlərinə edilən təzyiqlərə görə, 2015-ci ilin aprel ayının 15-də Azərbaycan Mədən SənayesindəŞəffaflıq Təşəbbüsündə tamhüquqlu üzv statusunu itirib. Bu statusun bərpa olunmasıüçün Azərbaycan hökümətinə və Çoxtərəfli Qrupa islahedici tədbirlər planı təqdim olunub”.

Gununsesi.info xəbər verir ki, bunu  MSŞA QHT Koalisiyasinin kordinatoru Qubad İbadoğlu bu gün keçirdiyi tədbirdə bildirib.

Onun sözlərinə görə, 2016-cı ilin yayında bu planın icrası səviyyəsini, Azərbaycanda MSŞT standartlarının tətbiqi vəziyyətini qiymətləndirmək üçün ölkəyə ikinci dəyərləndirici misiya göndərilib. Qiymətləndiricinin hazırladığı yekun hesabat 25-26 oktyabr 2016-cı ildə MSŞT üzrə beynəlxalq idarə heyətinin Astanada keçirilən 35-ci toplantısında müzakirə edilib.

Bu barədə mətbuat konfransında jurnalistlərə məlumat verən Q.İbadoğlu bildirdi ki, beynəlxalq rəhbər komitənin toplantısında uzun müzakirələrdən sonra Azərbaycanla bağlı qərar qəbul edilib: “Beləliklə də beynəlxalq İdarə Heyəti razılaşıb ki, Azərbaycan 2016-cı il üzrə MHŞT Standartının icrasıüzrə nəzərəçarpacaq irəliləyişə nail olmuşdur, həmçinin 2015-ci ildəki Qiymətləndirmə ilə müqayisədə bir sıra fərdi tələblər üzrə inkişaf müşahidə edilib. Azərbaycan son irəliləyişləri nəzərə alaraq “namizəd” statusunu saxlayıb. Lakin beynəlxalq İdarə heyəti razılaşır ki, vətəndaş cəmiyyətinin cəlbi üzrə MSŞT standartının vətəndaş cəmiyyətinin prosesə cəlbi üzrə 1.3-cü tələbində qənaətbəxş irəliləyişə nail olunmayıb. Müvafiq olaraq Azərbaycanın islahedici tədbirləri həyata keçirməyinə ehtiyac vardır. Bu islahedici tədbirlərin İdarə Heyətini qane edəcək dərəcədə icra olunmaması MHŞT Standartına əsasən Azərbaycanın bu təşəbbüsdəüzvlüyünün dayandırılması ilə yekunlaşacaqdır”.

İdarə Heyətinin növbəti iclası gələn ilin mart ayının 1-ci on günlüyündə Kolumbiyanın paytaxtı Boqota şəhərində keçiriləcək. Qubad İbadoğlu qeyd etdi ki, bu toplantıya qədər Azərbayacan höküməti vətəndaş cəmiyyəti Protokolunun 2.2 bəndinə müvafiq olaraq vətəndaş cəmiyyətinin MHŞT prosesinə tam şəkildə cəlb olunmasıüçün əlverişli hüquqi və fəaliyyət mühitinin olduğunu təmin etməlidir.

Bununla yanaşı MSŞT standartlarının və vətəndaş cəmiyyəti Protokolunun digər tələblərini qitmətləndirmək üçün Azərbaycana 26 iyul 2017-ci ildə başlayacaq üçüncü qiymətləndirici misiyası göndəriləcəkdir.

Qiymətləndirmə vətəndaş cəmiyyətinə olan təzyiqlərlə yanaşı, SOCAR MSŞT-nin iştiraklılığı və bu təşəbbüsün korrupsiyanın aradan qaldırılmasındakı,insan inkişafindakı vəşəffaflığın artırılmasındakı təsirləri ətrafında olacaq.

MSŞT beynəlxalq İdarə Heyətinin Astana iclasında yerli vətəndaş cəmiyyətinin həmin quruma ünvanlanmış müraciətlərini təqdim edən Qubad İbadoğlu bildirib ki, bu müraciət hələ Astana toplantısı başlamamışdan əvvəl MSŞA QHT Koalisiyası tərəfindən hazırlanı: “ Həmin müraciətdə bildirilib ki, biz MSŞA Koalisiyası olaraq Azərbaycanın bu Təşəbbüsdə qalmasını arzulayır vəölkəmizin MHŞT çərçivəsində namizəd statusunda saxlanılmasında maraqlı olduğumuzu bildirirk. Yerli QHT-lərin MSŞT prosesində azad və effektiv fəaliyyətini təmin edəcək vətəndaş cəmiyyətinin mövcud problemlərinin həllinə yönələn, 6 aydan az 1 ildən çox olmayan müddət üçün ikinci islahedici tədbirlər planını qəbul etməyə və onun icrasıüçün Azərbaycana yüksək səviyyəli missiya göndərməyi xahiş etmişik. Bu müraciət MSŞA QHT Koalisiyasinin 11 nəfər Şura üzvünün 6-sı tərəfindən imzalanıb. Bununla yanaşı, MSŞA QHT Koalisiyasinin 11 nəfər Şura üzvünün 5-ı tərəfindən imzalanmış vəİdarə Heyətinəünvanlanmış daha bir müraciətdə Azərbaycanın əvvəlki tam hüquqlu üzv statusunun qaytarılmasına çağırış edilib.

Qubad İbadoğlu qeyd etdi ki, indiyə qədər mövcud olan bəzi dəyişikliklər yalnız MSŞA QHT Koalisiyasinin üzvlərinəşamil olunub: “MSŞA QHT Koalisiyasindan kənarda olan vətəndaş cəmiyyətinin problemləri həll edilməmiş qalır. Yalnız praktiki məhdudiyyətlərin aradan qaldırıldığını, hüquqi sahədə və fəaliyyət mühitində müsbət dəyişikliklərin aparılmadığını bildirib”.

İqtisadçı bildirdi ki, hökumətə mart ayına kimi vaxt qoyulsa da, bu istiqamətdə hər hansı bir addımlarım atıldığı sezilmir.  Onun sözlərinə görə, Azərbaycanın fəaliyyəti dondurularsa, bu, beynəlxalq  investisiya və kredit reytinglərinə mənfi təsir göstərəcək.

MSŞA QHT Koalisiyasının Şura üzvüAkif Qurbanov vətəndaş cəmiyyətinə hüquqi cəhətdən yaradılan maneyələrdən danışdı.

Şuranın digər üzvüOqtay Gülaliyev bildirdi ki, Koalisiyanın üzvü olan, qeydiyyata alınmayan 36 QHT- dən yalnız 10-a yaxını qeydiyyata alınıb. O qeyd edib ki, Ədliyyə nazirliyi 17 ildir sədri olduğu Demokratik İslahatlar Ugrunda İctimai Birliyi deyil, özünün müəyyən etdiyi, adını və məramınıözü müəyyənləşdirdiyi, ona aid olmayan bir QHT- ni- “İnkişafa Yardım İctimai Birliyi”ni onun  adına qeydiyyata alıb: “Mən insan hüquqları sahəsində fəaliyyət göstərdiyim halda bu təşkilatın məqsədi iqtisadi təhlillər aparmaqdır. Mən Ədliyyə Nazirliyinə müraciət edərək bildirmişəm ki, ya təsisisçisi olduğum və uzun müddətdir sədrlik etdiyim təşkilatı-Demokratik islahatlar Uğrunda İctimai Birliyi qeydiyyata alın, ya da mənim adıma qeydiyyata alınan uydurma təşkilatın qeydiyyatını ləğv edin. Hazırda mən hökümətin qeydiyyyata aldığı təşkilatı qəbul etmirəm, həmin təşkilatla hər hansı formada fəaliyyət göstərmək niyyətim də yoxdur”.

 

Vüsalə Rüstəmova

gununsesi.info